Gürcüstanda koronavirusa yoluxanların sayı 325 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 325 mini ötüb
# 12 may 2021 10:45 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 409 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 325 665, ölənlərin sayı isə 4 363 nəfərə çatıb.

Virusa yoluxanlardan 304 935 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR