Gürcüstanda müxalifət lideri azadlığa buraxılıb

Gürcüstanda müxalifət lideri azadlığa buraxılıb

© APA | Nika Melia

# 10 may 2021 16:45 (UTC +04:00)

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Nika Melia azadlığa buraxılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi ölkənin Baş Prokurorluğunun müraciətinə əsasən müxalifət liderinin azadlığa buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) bir neçə gün öncə Gürcüstanın Nika Melianın azadlığa çıxması üçün tələb olunan 40 min lari girovu ödəyib.

N. Melia 2019-cu ilin 20-21 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında qrup zorakılığı təşkil etməkdə və iştirakda ittiham edilir. O, bu il fevralın 23-də müxalif "Vahid Milli Hərəkat" partiyasının baş qərargahında həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR