Gürcüstanda son sutkada koronavirusa 1788 yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 1788 yoluxma qeydə alınıb

© APA | Koronavirus

# 11 may 2021 10:54 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1788 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 324 256, xəstəlikdən ölənlərin sayı isə 4 335 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 303 679 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR