Gürcüstanda son sutkada koronavirusa 1806 yoluxma qeydə alınıb

Gürcüstan koronavirus

© APA | Gürcüstan koronavirus

# 06 may 2021 10:48 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1806 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 317 719, xəstəlikdən ölənlərin sayı isə 4227 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 297 676 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR