Gürcüstanda yaşı 45-dən yuxarı olanlara “AstraZeneca” peyvəndi vurulacaq

“AstraZeneca” peyvəndi

© APA | “AstraZeneca” peyvəndi

# 11 may 2021 15:25 (UTC +04:00)

Gürcüstanda yaşı 45-dən çox olan vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyasında “AstraZeneca” vaksinindən istifadə ediləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Bu vaxta qədər ölkədə sözügedən vaksinin yalnız 55 yaşdan yuxarı şəxslərdə tətbiqinə icazə verilirdi.

Qeyd edək ki, Gürcüstanda martın 15-də başlanan vaksinasiya çərçivəsində “Pfizer”, “AstraZeneca”, “Sinopharm” vaksinlərindən istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR