Gürcüstanın Baş naziri Ermənistana səfər edəcək

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 11 may 2021 14:36 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 12-də Ermənistana rəsmi səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İ. Qaribaşvili İrəvana ilk rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Gürcüstan Baş nazirini səfər zamanı müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR