Hayko Maas: “Türkiyə Aİ-yə üzv olmaqla təşkilata çox böyük fayda verə bilər”

Hayko Mass Çavuşoğlu

© APA | Hayko Mass Çavuşoğlu

# 06 may 2021 14:40 (UTC +04:00)

“Əslində Türkiyə Avropa İttifaqına (Aİ) üzv olmaqla təşkilata çox böyük fayda verə bilər”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“Ötən il pandemiya ilə əlaqədar Türkiyə-Aİ əlaqələri baxımından çətinliklər yaşandı. Bu ilin daha əlverişli olacağını düşünürəm. Türkiyənin üzvlük məsələsi üçün bu dialoqu davam etdirməyimiz çox önəmlidir. Almaniya ilə Türkiyə arasında davam edən konstruktiv dialoq, eləcə də Türkiyə ilə Aİ arasında da davam etməlidir. Amma Türkiyə tərəfi də Aİ-yə üzv ölkələrin tələblərini nəzərə almalıdır”, - deyə H. Maas vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR