Moldova Prezidentinə “AstraZeneca” peyvəndi vurulub

Moldova Prezidenti Maya Sandu

© APA | Moldova Prezidenti Maya Sandu

# 07 may 2021 12:04 (UTC +04:00)

Moldova Prezidenti Maya Sanduya yeni növ koronavirusa (COVID-19) qarşı “AstraZeneca” peyvəndinin ilk dozası vurulub.

APA-nın xəbərinə görə, Moldova Prezidenti bu barədə “Facebook”da bildirib.
”Bu gün “AstraZeneca” peyvəndinin ilk dozasını vurdurdum. Buna görə məmnunam, çünki bu yolla həm özümün, həm də təmasda olduğum insanların - ailəmin, dostlarımın, həmkarlarımın sağlamlığını qoruyuram. Hamını peyvənd olunmağa çağırıram. Moldovada hazırda kifayət qədər peyvənd dozası var. Ailə həkiminizdən peyvəndin vurulması üçün vaxt təyin etməsini istəyin. Həyatınızı və sağlamlığınızı qorumaq üçün bu fürsətdən istifadə edin!”, - deyə Moldova Prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR