NATO baş katibi: "Ukrayna ilə sərhəddə Rusiyanın on minlərlə hərbçisi var"

NATO baş katibi Yens Stoltenberq

© APA | NATO baş katibi Yens Stoltenberq

# 06 may 2021 15:51 (UTC +04:00)

"Ukrayna ilə sərhəddə Rusiyanın on minlərlə hərbi qüvvəsi var".

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl deyib.

Onun sözlərinə görə, görüşdə Rusiya ilə bağlı məsələ müzakirə olunacaq: "Rusiya ordusunun bir hissəsinin Ukrayna ilə sərhəddən çıxmasını müşahidə etdik, ancaq on minlərlə rus hərbçisi Ukraynada və onun ətrafında hələ də qalır".

NATO-nun baş katibi bildirib ki, ümumiyyətlə, bölgədə güclü bir Rusiya hərbi varlığı mövcuddur: "Vəziyyətin son kəskinləşməsindən əvvəl olan saydan daha çox rus əsgəri orada qalır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR