Ərdoğan, Merkel və Makron koronavirusa görə onlayn şəkildə toplaşacaqlar

Ərdoğan, Merkel və Makron koronavirusa görə onlayn şəkildə toplaşacaqlar
# 14 mart 2020 03:36 (UTC +04:00)

Martın 17-də İstanbulda keçirilməsi nəzərdə tutulan Türkiyə, Almaniya və Fransanın dövlət başçılarının zirvə toplantısı ləğv edilib. Liderlərin görüşü telekonfrans vasitəsilə baş tutacaq.

APA-nın yerli bürosunun xəbəinə görə, yeni növ koronovirus (COVID-19) pandemiyası ilə əlaqədar hər üç lider canlı olaraq görüşməməyə qərar verib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan, Angela Merkel və Emmanuel Makron İdlib və qaçqınlar mövzuları ilə əlaqədar bir araya gələcəkdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR