Ərdoğan: “Ramazan bayramından sonra normal həyata dönəcəyik”

Ərdoğan: “Ramazan bayramından sonra normal həyata dönəcəyik”
# 21 aprel 2020 17:51 (UTC +04:00)

“Ramazan bayramından sonra Türkiyədə normal həyata dönməyi planlaşdırırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) onlayn toplantısından sonra verdiyi açıqlamada deyib.

Ərdoğan Türkiyənin yeni növ koronavirusla (COVID-19) mübarizədə önəmli bir mərhələyə çatdığını, pandemiya ilə bağlı vəziyyətin ölkədə stabilləşdiyini bildirib.

Prezident deyib ki, sağlamlığa ciddi zərbə vuran koronavirus pandemiyası İkinci Dünya Müharibəsindən sonra iqtisadi baxımdan ən böyük böhran yaradıb: “Türkiyə olaraq biz də bütün dünyada olduğu kimi, bu pandemiya ilə davamlı mübarizədə aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR