Ərdoğan Trampla telefonla danışıb

#
# 04:44
27 avqust 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyi açıqlama yayıb.

Danışıq zamanı xüsusilə Şərqi Aralıq dənizindəki ikitərəfli məsələlər və regional proseslər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin Aralıq dənizinin şərqində qeyri-sabitlik yaradan tərəf olmadığını xatırladaraq, Ankaranın gərginliyin azaldılması və dialoqun baş tutmasının tərəfdarı olmasının atılmış konkret addımlarla sübuta yetirildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR