Ərdoğanla Makron Şərqi Aralıq dənizi ilə bağlı müzakirə aparıblar

Ərdoğanla Makron Şərqi Aralıq dənizi ilə bağlı müzakirə aparıblar
# 23 sentyabr 2020 02:19 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, prezidentlər əsasən Türkiyə-Fransa, Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizi ilə bağlı, həmçinin, regional məsələlər barədə müzakirələr aparıblar.

Ərdoğan bildirib ki, Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kipr türklərinin haqlarına məhəl qoyulmamasını, Fransanın Yunanıstan və Cənubi Kiprdə gərginliyi artıracaq maksimalist iddialarını yanlış hesab edir.

Türkiyənin kiminsə mənafeyinə toxunmaq niyyətində olmadığını bildirən prezident Ərdoğan öz ölkəsinin və Şimali Kirprin mənfəətlərinə də kiminsə toxunmasına imkan verməyəcəyini deyib.

Ərdoğan bu istiqamətdə yaranan problemlərin danışıqlar yolu ilə həll edilməsinə tərəfdar oldunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR