Slovakiyanın sabiq naziri Gürcüstanın Baş nazirinin müşaviri təyin edilib

Vazil Hudak

© APA | Vazil Hudak

# 07 may 2021 11:33 (UTC +04:00)

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Slovakiyanın sabiq iqtisadiyyat naziri, Avropa İnvestisiya Bankının (EIB) sabiq vitse-prezidenti Vazil Hudakı xarici investisiyaların cəlb edilməsi üzrə müşaviri təyin edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazirin özü açıqlama verib.

O bildirib ki, ölkə iqtisadiyyatının koronavirus pandemiyasına görə düşdüyü çətin vəziyyətdən çıxarılması, iqtisadiyyatın sürətli inkişafı və işsizliyin azaldılmasında xarici investisiyaların cəlb edilməsinin önəmi böyükdür. Bu məqsədlə o, V. Hudakı özünə müşavir təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR