Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

© APA | NATO baş katibi Yens Stoltenberq

# 15 may 2021 15:08 (UTC +04:00)

"NATO Rusiya ilə dialoqa hazır olaraq qalır, lakin bu ölkəyə qarşı iqtisadi təzyiq azaldılmamalıdır."

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib. 

"Rusiyaya ikitərəfli yanaşmamızın əsasını çəkindirmə, müdafiə və dialoq təşkil edir. Biz Rusiyaya dialoq təklif edirik, amma Rusiya hələ də aqressiv davranır. NATO yeni bir "Soyuq Müharibə" və ya silah yarışı istəmir, ancaq biz beynəlxalq hüququn pozulmasını qəbul edə bilmərik", - deyə NATO baş katibi bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Rusiyaya iqtisadi sanksiyalar və təzyiqləri davam etdirmək, eyni zamanda danışıqlara hazır olmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR