Ukrayna, Gürcüstan və Moldova Aİ-yə üzvlüklə bağlı yeni format təsis edib

Gürcüstan, Ukrayna və Moldova xarici işlər nazirləri

© APA | Gürcüstan, Ukrayna və Moldova xarici işlər nazirləri

# 17 may 2021 14:56 (UTC +04:00)

Kiyevdə Ukrayna, Gürcüstan və Moldova xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, üçtərəfli görüş zamanı hər üç ölkənin Avropaya inteqrasiyasının sürətləndirilməsi məqsədi ilə birgə koordinasiya və əməkdaşlıq formatının təsis edilməsi barədə memorandum imzalanıb. Memoranduma əsasən, hər üç ölkə Avropa İttifaqına üzvlüyü son məqsəd elan edib.

Qeyd olunub ki, tərəflər Avropaya inteqrasiya yekun hədəfinə nail olmaq məqsədi ilə Assosiasiya Razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR