ÜST-ün Baş direktoru koronavirusa qarşı peyvənd vurdurub

ÜST-ün Baş direktoru koronavirusa qarşı peyvənd vurdurub

© APA | ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa qarşı peyvənd vurdurarkən

# 13 may 2021 04:18 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa qarşı peyvənd vurdurub.

APA xəbər verir ki, bu barədə Baş direktor “Twitter” hesabında yazıb.

ÜST rəhbəri peyvəndin insanları xilas etdiyini bildirib. Qeyd edib ki, koronavirus əleyhinə peyvəndlərin ən qısa zamanda bütün ölkələrə çatdırılması çox vacibdir.

Qebreyesus, həmçinin, peyvəndlərin mövcud olduğu ölkə vətəndaşlarına koronavirusa qarşı peyvənd olunmaları ilə bağlı çağırış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR