Gürcüstana qaçaqmalçılıq yolu ilə qızıl keçirən Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstana qaçaqmalçılıq yolu ilə qızıl keçirən Ermənistan vətəndaşı saxlanılıb
# 25 sentyabr 2017 15:48 (UTC +04:00)

Gürcüstanın Sadaxlı gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz qızıl məmulatlar keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistan vətəndaşına məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi 95,23 qram olan qızıl məmulatlar aşkar olunaraq müsadirə edilib.

Ermənistan vətəndaşı qızıl məmulatlarının gömrük dəyəri 11 474 18 lari məbləğində cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR