Polşa öz ərazisində ABŞ raketdən müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib

Polşa öz ərazisində ABŞ raketdən müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib
# 05 iyul 2008 07:29 (UTC +04:00)
Varşava-APA. Polşa hökuməti ölkə ərazisində ABŞ-ın raket hücumundan müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib. APA-nın məlumatına görə, polyak mətbuatı danışıqların nəticəsiz qaldığını, bununla belə tərəflərin dialoqu davam etdirmək barədə razılıq əldə etdiyini yazır. Bu məsələyə həsr olunmuş brifinqdə Polşanın baş naziri Donald Tusk bildirib ki, hazırda danışıqlar növbəti mərhələyə daxil olub: “Danışıqların iflasa uğraması, yaxud birdəfəlik bitməsi barədə danışmaq tezdir. Biz ABŞ-dan yeni təkliflər gözləyirik. Varşava ABŞ-dan ölkəmizin təhlükəsizliyi üçün real qarantiyalar istəyir. Polşa üçün əsas təhlükəsizlik məsələsi Avropa İttifaqının güclənməsidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR