“G-8” sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü keçirilib

“G-8” sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü keçirilib
# 07 iyul 2008 08:23 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş rusiyalı həmkarı ilə danışıqların səmərəli keçdiyini bildirib: “Biz görüşdə İran məsələsini və digər məsələləri müzakirə etdik. Bəzi məsələlər barədə Dmitri Medvedevlə fikirlərimiz üst-üstə düşür, bir sıra məsələlərlə bağlı isə fikir ayrılığı var. Amma biz ümumi məxrəcə gəlmək üçün əməkdaşlığı davam etdirmək niyyətindəyik”. Rusiya prezidenti isə görüşdə daxili problemlərin, ticarət, investisiyalar, münaqişələr və böhran hallarının müzakirə olunduğunu bildirib. Qeyd edək ki, bu gün işə başlayan “G-8” sammitində qlobal məkanda qiymətlərin bahalaşması, qiymət artımına qarşı mübarizə və s. məsələlər müzakirə olunacaq. Rusiya prezidentinin sammitdə “G-8”də islahatların aparılması və bu quruma daha bir neçə ölkənin daxil edilməsi təklifi ilə çıxış etməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR