Türkiyə baş nazirinin keçmiş müavini partiya yaradır

Türkiyə baş nazirinin keçmiş müavini partiya yaradır
# 07 iyul 2008 14:23 (UTC +04:00)
Ankara APA. “Bu gün siyasətdə boşluq yaranıb. Siyasət özünü yeniləməlidir. Amma mövcud siyasi partiyaların heç birinin bunu etmədiyini görürük. Türkiyədə yeni bir siyasi təşkilatlanmaya ehtiyac var”. APA-nın məlumatına görə, bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri, baş nazirin keçmiş müavini Əbdüllətif Şənər Türkiyənin NTV kanalına müsahibəsində deyib. O, hazırda Türkiyədə yaranmış vəziyyətin əsas səbəbinin qütbləşməyə əsaslanan siyasət olduğunu bildirib: “Mən ötən parlament seçkilərinə qatılmayaraq müəllimlik etməyə üstünlük verdim. Lakin siyasətdə olsam da, olmasam da, insanlar mənimlə həmişə siyasi mövzuları müzakirə edirlər, ölkənin problemlərini gündəmə gətirirlər və siyasi təcrübəsi olan insanların bu gedişi dayandırmasını istəyirlər. Ona görə də bu gün ölkədə yeni mərkəzçi partiyaya ehtiyac olduğunu düşünürəm. Ölkədəki problemləri aradan qaldıracaq bu təşkilatlanmaya öncüllük etmək mənim vəzifəmdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR