Almaniyada pivənin qiyməti bahalaşır

Almaniyada pivənin qiyməti bahalaşır
# 08 iyul 2008 11:07 (UTC +04:00)
Berlin-APA. 2008-ci ilin payızından etibarən Almaniyada pivənin qiyməti bahalaşacaq. APA-nın məlumatına görə, bu ölkədə onlarla pivə markasının, o cümlədən Becks, Diebels, Hasseroder markalarının sahib olan Belçikanın “İnBev” firması payızda məhsullarının qiymətini 10 faiz qaldırmaq fikrindədir. Qiymət artımından sonra Almaniyada bir yeşik pivənin topdansatış qiyməti təqribən 1 avro bahalaşacaq. Almaniya Pivə İstehsalçıları Birliyi qiymət artımını dəstəkləyib və bunu pivə istehsalında istifadə olunan xammalın bahalaşması ilə əsaslandırıb. Qeyd edək ki, Almaniyanın digər pivə istehsalçıları artıq qiymətləri qaldırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR