BMT, ATƏT və Avropa Şurasının rəhbər heyətinin birgə iclası keçirilib

BMT, ATƏT və Avropa Şurasının rəhbər heyətinin birgə iclası keçirilib
# 08 iyul 2008 11:27 (UTC +04:00)
Bakı. Turan Hüseynova-APA. Strasburqda BMT, ATƏT və Avropa Şurasının yüksək vəzifəli şəxslərinin birgə iclası keçirilib. APA-nın məlumatına görə, toplantı iştirakçıları mədəniyyətlərarası dialoq və bu sahədə əməkdaşlıq, dialoq prosesində insan haqlarının rolunu müzakirə ediblər. Tədbirdə vurğulanıb ki, dini institutlar və təşkilatlar konfliktlərin sülh yolu ilə razılaşmasında kömək edə bilərlər. Toplantıda çıxış edən Avropa Şurasının baş katibi Terri Devis mədəniyyətlərarası dialoqun diqqət, yaradıcılıq və açıq fikirlilik tələb etdiyini deyib. Qeyd edək ki, növbəti belə iclas BMT-nin təşəbbüsü ilə 2009-cu ildə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR