Jurnalist Mustafa Balbay və digərləri yenidən həbs oluna bilər

Jurnalist Mustafa Balbay və digərləri yenidən həbs oluna bilər
# 08 iyul 2008 15:56 (UTC +04:00)
Ankara APA. İyulun 1-də Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs olunan, ancaq daha sonra məhkəmə tərəfindən azadlığa buraxılan şəxslər yenidən həbs edilə bilər. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, istintaqı aparan prokuror Zəkəriyyə Öz İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin qərarından protest verib. O, yalnız özü tərəfindən sərbəst buraxılan publisist Erol Mütərcimlər istisna olmaqla, digər şəxslər haqqında həbs-qətimkan tədbirinin seçilməsini istəyib. Həmin şəxslər aşağıdakılardır: Mustafa Balbay, Üfüq Böyükçələbi, İlkər Güvən, Nəriman Aydın, Tunc Akkoç, Murad Avar, Həmzə Dəmir və Siyami Yalçın.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR