ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların “Əl-Qaida” üzvü olduqları bildirilir

ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların “Əl-Qaida” üzvü olduqları bildirilir
# 09 iyul 2008 13:41 (UTC +04:00)
İstanbul APA. ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların məqsədi içəri keçmək olub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, “Ford Focus” markalı avtomobildən düşən, tapança və tüfənglə silahlanmış 4 saqqallı şəxs konsulluğun giriş qapısına doğru irəliləməyə cəhd göstərib. Bu zaman təhlükəsizlik xidmətinin qapıda dayanan amerikalı əməkdaşları içəri giriblər. Türk polisləri isə terrorçulara müqavimət göstəriblər. Terrorçulardan 3-ü öldürülüb, digəri isə yaxınlaşan avtomobilə minərək olay yerindən qaçıb. 25-30 yaşlarında olan terrorçuların “Əl-Qaida” üzvü olduqları güman edilir. Öldürülən terrorçuların üzərindən dua kitabları çıxıb. Onlardan 2-nin daha əvvəl Əfqanıstana gedib-gəldikləri müəyyənləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR