Məhkəmə Mustafa Balbay və daha 7 nəfərin yenidən həbs olunması barədə prokurorun vəsatətini rədd edib

Məhkəmə Mustafa Balbay və daha 7 nəfərin yenidən həbs olunması barədə prokurorun vəsatətini rədd edib
# 09 iyul 2008 15:24 (UTC +04:00)
İstanbul APA. İstanbul 13-cü Ağır Cəza Məhkəməsi iyulun 1-də həbs olunmuş, sonra sərbəst buraxılmış 8 nəfərin yenidən saxlanılması barədə prokuror Zəkəriyyə Özün vəsatətini təmin etməyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, məhkəmə aralarında “Tercuman” qəzetinin baş redaktoru Üfüq Böyükçələbi və “Cümhuriyyət” qəzetinin Ankara təmsilçisi Mustafa Balbayın da olduğu 8 nəfər haqqımda həbs-qətimkan tədbiri seçilməsinə ehtiyac görməyib. Bu şəxslər barəsində istintaq onlar azadlıqda ola-ola davam etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR