Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
# 10 iyul 2008 11:37 (UTC +04:00)
İstanbul APA. Bu gün Türkiyənin Mərmərə bölgəsində zəlzələ baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 10.49-da baş verən zəlzələ Rixter şkalası ilə 4,9 bal gücündə olub. Episentri Balıkəsir rayonunun Tütünçü kəndinə təsadüf edən yeraltı təkanlar Bursa, Yalova, Tekirdağ və İstanbulun Avropa hissəsində də hiss edilib. Episentrdə panika yaransa da, dağıntı və insan itkisi olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR