PKK terror təşkilatı girov götürdüyü alman alpinistlərin buraxılması üçün şərt irəli sürür

PKK terror təşkilatı girov götürdüyü alman alpinistlərin buraxılması üçün şərt irəli sürür
# 10 iyul 2008 15:00 (UTC +04:00)
Ankara APA. PKK terror təşkilatı Ağrı dağında qaçırılan 3 alman alpinistlə bağlı açıqlama yayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, terrorçular özlərinə yaxın internet saytlarında yaydıqları açıqlamada Almaniyanın PKK-ya və kürdlərə qarşı siyasətindən vaz keçməyəcəyi təqdirdə qaçırılan şəxslərin buraxılmayacağını bəyan ediblər: “İyulun 9-da Ağrı dağında 3 alman vətəndaşı qüvvələrimiz tərəfindən həbs edilib. Səhhətləri yaxşıdır. Ancaq təhlükəsizliklərinin təminatı və qorunması üçün türk dövlətinin apardığı hərbi əməliyyatlar dayandırılmalıdır. Alman dövlətinin kürd xalqına və PKK-ya qarşı apardığı düşmənçilik siyasətindən vaz keçdiyinə dair açıqlama verilməsə, saxlanılan alman vətəndaşları buraxılmayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR