Corc Buş: “Cəsur türk polislərinə minnətdarıq”

Corc Buş: “Cəsur türk polislərinə minnətdarıq”
# 11 iyul 2008 15:47 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyə prezidentinin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, C. Buş İstanbuldakı ABŞ Konsulluğunun qorunması istiqamətində görülən işlərlə bağlı Türkiyə hökumətinə təşəkkür edib. O, Amerika xalqı və öz adından konsulluğa hücum zamanı vəzifə başında həlak olan cəsur türk polislərinin ailələrinə başsağlığı diləyib. C. Buş A. Güldən xahiş edib ki, başsağlığı diləklərini və minnətdarlığını polislərin ailələrinə çatdırsın. Telefon danışığında bəzi regional məsələlərə də toxunulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR