Ukraynada xəstəxanada partlayış olub

Ukraynada xəstəxanada partlayış olub
# 11 iyul 2008 16:13 (UTC +04:00)
Kiyev-APA. Ukraynanın İvano-Frankovsk vilayətinin xəstəxanalarından birində baş verən partlayış iki nəfərin ölümünə səbəb olub. APA-nın məlumatına görə, hadsə zamanı daha 8 nəfər yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır. İlkin ehtimala görə, partlayış zirzəmisindən keçən qaz kəmərində sızma nəticəsində baş verib. Partlayış dalğası xəstəxananın birinci mərtəbəsinin döşəməsini uçurub, palatadakı xəstələr hamısı zirzəmiyə düşüblər. Hazırda ərazidə xilasetmə işləri davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR