Türk Ordusunun 3 əsgəri şəhid olub, bir dinc sakin ölüb, 2-i yaralanıb

Türk Ordusunun 3 əsgəri şəhid olub, bir dinc sakin ölüb, 2-i yaralanıb
# 13 iyul 2008 09:00 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, hadisə nəticəsində yaralanmış zabit Xəlil Kırma və sıravi Samət Akdəniz helikopterlə Əlazığdakı hospitala çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Mina partlayan zaman həmçinin dağlıq ərazilərdə gizlənmiş PKK terrorçuları silahlarla atəş açıblar. Türk Ordusu terrorçuları susdurub. Helikopterlər terrorçuların olduğu nöqtəni bombalayıb və onlar zərərsizləşdirilib.

Dünən həmçinin Şırnağın dağlıq ərazilərində terrorçularla ordu arasında olan atışmada əsgər Taha Koroğlu şəhid olub.

PKK-nın qurbanları sırasında dinc sakin də olub. Dünən Bingölün Gənç rayonunun Gerçəkli kəndinin sakini, 30 yaşlı Mehmet Karvan odun yığmağa gedərkən terrorçuların basdırdığı mina partlayıb. M. Karvan hadisə yerində həlak olub. Onun cəsədini aparmağa gələnlərə də PKK-çılar atəş açıblar. Nəticədə iki kənd sakini yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR