ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna basqınla bağlı daha 3 nəfər saxlanılıb

ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna basqınla bağlı daha 3 nəfər saxlanılıb
# 13 iyul 2008 09:11 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna basqın təşkil edənlərin aşkarlanması ilə bağlı əməliyyatlar davam edir. APA-nın məlumatına görə, Altınşəhirdə əməliyyat keçirən polis 3 nəfəri saxlayıb. Polis eyni vaxtda iki ünvanda əməliyyat keçirib. Saxlanılanların evində axtarışlar aparılıb.
Bununla da Baş Konsulluğa basqınla bağlı istintaqın gedişində saxlanıların sayı 13-ə yüksəlib.
Dünən həmçinin konsulluğa silahlı basqında iştirak edən Bülənt Çınar və Erkan Kargının cənazələri dəfn edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR