Ordu generalı Xurşid Tolon: “Milli dövlət sistemini sona qədər müdafiə edəcəyəm”

Ordu generalı Xurşid Tolon: “Milli dövlət sistemini sona qədər müdafiə edəcəyəm”
# 14 iyul 2008 07:55 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, X. Tolonla uzun illərdir dost olduğunu deyən H. Ərənkaya generalla həbsxananın görüş otağında şüşə arxasından telefonla danışdıqlarını bildirib: “Mənə dövlətini, dostlarını və ailəsini çətinliyə salacaq heç bir hərəkətə yol vermədiyini, son dərəcə rahat olduğunu, milli dövlət sistemini sona qədər müdafiə edəcəyini söylədi. Elə bizi bir araya gətirən amil də dostluqdan öncə bu fikir birliyidir”. H. Ərənkaya X. Tolonun səhhətinin yaxşı olduğunu da əlavə edib. O, eyni həbsxanada saxlanılan digər ordu generalı Şənər Əruyğur və Ankara Ticarət Palatasının sədri Sinan Aygünü də ziyarət edəcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR