“Ayyıldız takımı” adlanan türk haker qrupu Avropa Birliyini qorxuya salıb

“Ayyıldız takımı” adlanan türk haker qrupu Avropa Birliyini qorxuya salıb
# 14 iyul 2008 14:55 (UTC +04:00)
Brüssel APA. “Ayyıldız takımı” (Ay-ulduz komandası) adlanın türk haker qrupu Avropa Birliyində narahatlıq yaradıb. APA-nın məlumatına görə, Almaniyanın “Focus” jurnalı “Türk şəbəkəsi Avropa Birliyinə hücum edir” başlıqlı xəbərində qatı millətçi türk hakerlərinin Avropa Komissiyasının kompüter sisteminə girərək gizli informasiyaları əldə etməyə çalışdıqlarını yazıb. Komissiyanın məxfi raportuna əsaslanan jurnal bildirir ki, iyunun 13-də “Ayyıldız” Avropa Birliyinin vahid təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solananın internet saytının gizli sənədlər olan qapalı bölməsinə daxil olub və öz proqram kodlarını buraya yükləyib. Lakin Avropa Komissiyasının mütəxəssisləri H. Solananın səhifəsini hər dəqiqə yenilədiyindən hakerlər gizli məlumatları əldə edə bilmədən virtual hücumu dayandırmağa məcbur olublar. Raportda qeyd edilir ki, “Ayyıldız takımı”nın yerini müəyyən etmək mümkündür, lakin bunun üçün Türkiyə hakimiyyət orqanlarını köməyi tələb olunur.
Qeyd edək ki, “Ayyıldız takımı” PKK terror təşkilatına yaxın olan internet saytlarını müntəzəm şəkildə dağıtmaqla məşğuldur. Millətçi hakerlər dünyanın müxtəlif ölkələrində türklərə qarşı hücumlara da laqeyd qalmırlar. Məsələn, bir müddət əvvəl Almaniyada türklərə məxsus bir neçə ev yandırıldıqdan sonra “Ayyıldız” Almaniyadakı bir neçə bank və şirkətin internet səhifəsini dağıdaraq oraya öz mesajnı yerləşdirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR