Yunanıstanda 6,3 bal gücündə zəlzələ baş verib

Yunanıstanda 6,3 bal gücündə zəlzələ baş verib
# 15 iyul 2008 09:27 (UTC +04:00)
Afina-APA. Yunanıstanın Rodos adası yaxınlığında Rixter şkalası üzrə 6,3 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, zəlzələnin episentri Egey dənizinin cənub-şərqinə düşüb. Yeraltı təkanlar Peloponnes yarımadasında, Kiprdə və Türkiyənin Egey sahillərindəki adalarında da hiss olunub. Zəlzələ nəticəsində 56 yaşlı bir qadının dünyasının dəyişdiyi bildirilir. Hələlik dağıntılar barədə məlumat yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR