Türkiyənin xaricdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır

Türkiyənin xaricdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır
# 15 iyul 2008 12:26 (UTC +04:00)
Ankara APA. Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, konfransda xaricdə çalışan 140 səfir, eləcə də Xarici İşlər Nazirliyinin mərkəzi aparatında çalışan səfirlər iştirak edir. Diplomatlar toplantıdan əvvəl Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət ediblər. Dörd gün davam edəcək konfransda Orta Şərqdə vəziyyət və Avropa Birliyi ilə əlaqələr başda olmaqla, Türkiyənin xarici siyasətindəki ən aktual məsələlər müzakirə ediləcək, ölkənin bu sahədəki strategiyası haqqında fikir mübadiləsi aparılacaq. Diqqət mərkəzindəki məsələlərdən biri də ermənilərin uydurma “soyqırım” iddialarına qarşı həyata keçiriləcək tədbirlər və ABŞ-da keçiriləcək prezident seçkilərinin Türkiyəyə, bölgəyə mümkün təsirləri olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR