Hüquqşünas Musa Hacıöməroğlu: “Vətəndaşlarımızın çoxu “Ergenekon” ittihamnaməsinin montaj olmasından şübhələnir”
16 iyul 2008 09:15 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. “Adətən ittihamnamələr prokurorluq tərəfindən məhkəməyə təqdim ediləndən sonra məhkəmə iclasında oxunaraq açıqlanır. İstanbul cümhuriyyət baş prokuroru ittihamnamənin məzmununu elan etmədən onun formal tərəfləri barədə qısa məlumat verib. Bunu ittihamnamənin açıqlanması kimi dəyərləndirmək doğru deyil. Məhkəmə 15 gün ərzində ittihamnaməni analiz edəcək, əgər çatışmazlıqlar varsa, prokurorluğa geri göndərəcək. Hər şey qaydalara uyğundursa, məhkəmə iclasında ittihamnamə elan ediləcək”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında hüquqşünas Musa Hacıöməroğlu deyib. O, ittihamnamənin istintaqın başlamasından 13 ay sonra açıqlanmasının normal olmadığını bildirib: “Əgər bir cinayətdən söhbət gedirsə, araşdırılmalı və ciddi dəlillərlə məhkəməyə təqdim edilməlidir. Bunun üçün əlbəttə, zamana ehtiyac var. Ancaq bu, uzun olmamalıdır. Uzun müddət davam edən istintaqlar normal sayıla bilməz. Ona görə də vətəndaşlar şübhələnməyə başlayıblar ki, əcaba, istintaq üzərində kənar təsirlər varmı? Açıqlanan ittihamnaməyə baxanda görürük ki, vətəndaşlarımız gözləniləndən fərqli məlumatlarla qarşılaşıb. Bu səbəblə insanlarımızın bir çoxu montaj bir ittihamnamə ilə qarşılaşdığı duyğusuna qapılıb. İstintaqı aparanlar və ittihamnaməni hazırlayanlar bütün dəlilləri toplayıb mühafizə etmək məcbriyyətindədirlər. Bu baxımdan 12 iyun 2007-ci ildə ələ keçirilən və “Ergenekon” ittihamnaməsinin fəqərə sütununu təşkil edən 27 ədəd qumbaranın bir gün sonra partladılması normal hadisə deyil”. Hüquqşünas bu günə qədər ictimaiyyəti məşğul edən “Ergenekon” istintaqında nələrin olduğunu müəyyənləşdirməkdə çətinlik çəkdiklərini söyləyib: “Daha təfərrüatlı bilgilər ittihamnamənin məhkəmədə açıqlanmasından sonra ortaya çıxacaq”.
Avropa
Nepalda bərə körpüyə çırpılıb, 30 nəfər yaralanıb
05:47
20 aprel 2024
Şolts: "Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər"
23:24
19 aprel 2024
Çexiyanın dövlət borcu rekord səviyyəyə qalxaraq 136 milyard dollara çatıb
22:09
19 aprel 2024
Niderland Ukraynaya 200 milyon avro əlavə hərbi yardım ayıracaq
20:17
19 aprel 2024