Əli Babacan: “Abdulla Gülün Ermənistana gedib-getməməsi matça qədər baş verəcək proseslərdən asılıdır”

Əli Babacan: “Abdulla Gülün Ermənistana gedib-getməməsi matça qədər baş verəcək proseslərdən asılıdır”
# 16 iyul 2008 15:26 (UTC +04:00)
O, Ermənistan və Türkiyə milli futbol komandalarının İrəvanda keçiriləcək oyununu izləmək üçün prezident Abdulla Gülə gələn dəvəti nəzərdən keçirdiklərini, qərarın matça qədər baş verəcək proseslərdən asılı olduğunu söyləyib. ABŞ prezidentliyinə namizəd Barak Obamanın uydurma “erməni soyqırımı”nı tanıyacağı barədə vədinə münasibət bildirən Ə. Babacan belə bir addımın Ankara və Vaşinqtonun qarşılıqlı əlaqələrinə çox ciddi ziyan vuracağını bəyan edib: “Bunun hansı nəticələrə səbəb olacağını çox yaxşı hesablamalıdırlar”. Ancaq nazir ABŞ-da prezidentliyə namizədlərin prezident olduqdan sonra mövqelərinin dəyişdiyini də xatırladıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR