Türkiyə Konstitusiya Məhkəməsinin məruzəçisi hazırladığı raportda AKP-nin bağlanmasına ehtiyac olmadığını bildirib

Türkiyə Konstitusiya Məhkəməsinin məruzəçisi hazırladığı raportda AKP-nin bağlanmasına ehtiyac olmadığını bildirib
# 17 iyul 2008 07:45 (UTC +04:00)
Ankara APA. Türkiyə Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Can hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ləğv edilməsi haqqında prokurorun iddiası ilə bağlı hazırladığı raportu tamamlayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, O. Can raportunda AKP-nin bağlanmasına ehtiyac olmadığı barədə mövqe bildirib. Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç məruzəçinin rəyini qurumun bütün üzvlərinə paylayıb. Ancaq məruzəçinin rəyi həlledici rola malik deyil və sadəcə, tövsiyə xarakteri daşıyır. O. Can ali məktəblərdə baş örtüyündən istifadəyə icazə verilməsinə dair Konstitusiya dəyişiklikləri barədə hazırladığı məruzədə də dəyişikliklərin əsas qanuna uyğun olduğunu bəyan etsə də, Konstitusiya Məhkəməsi bu dəyişiklikləri ləğv etmişdi.
Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsinin 11 üzvü var. Qərarlar üçdə iki səs çoxluğu yəni 7 səslə qəbul olunur. AKP ilə bağlı yekun qərarın avqustun 12-nə qədər çıxarılacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR