Türkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqlar başlayıb

Türkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqlar başlayıb
# 18 iyul 2008 07:24 (UTC +04:00)
Qəzet Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatının rəhbərlik etdiyini yazıb, ancaq danışıqlarda hansı məsələlərin müzakirə olunduğunu açıqlamayıb.
Xatırladaq ki, son həftələrdə Ermənistan prezidenti Serj Sarkisyan bir-birinin ardınca Türkiyəyə isti mesajlar ünvanlayır. O, ABŞ-ın “The Wall Street Journal” qəzetinə müsahibəsində sərhədlərin bağlı olmasına baxmayaraq, mədəni, humanitar və idman sahələrində iki xalqı birləşdirən ümumi maraqların olduğunu bildirib. S. Sarkisyanın fikrincə, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: “Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik”. Ermənistan prezidenti bu sözləri söyləməklə saxta və uydurma “soyqırım” məsələsi ilə bağlı birgə komissiya yaradılmasına dair Türkiyənin təklifinin qəbul edilə biləcəyinə işarə vurub. S. Sarkisyan hesab edir ki, türk həmkarı Abdulla Gül onun dəvəti əsasında Türkiyə və Ermənistan milli futbol komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, iki ölkə münasibətlərinin simvolik startı olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR