Türkiyə polisinin keçirdiyi əməliyyatda 20 nəfər həbs olunub - YENİLƏNİB

Türkiyə polisinin keçirdiyi əməliyyatda 20 nəfər həbs olunub  - <font color=red>YENİLƏNİB  </font>
# 23 iyul 2008 09:34 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, cinayətini işinin istintaqını aparan prokuror Zəkəriyyə Özün təlimatı ilə polis bu gün səhər İstanbul, Konya, Kocaeli, Elazığ və Mersin şəhərlərində eyni anda əməliyyat keçirib. Konyada 12, İstanbulda 3, Kocaelidə 3, Ezazığ və Mersində isə 2 nəfər ümumilikdə 20 nəfər həbs olunub. Həbs edilənlərin evlərində axtarış aparılıb. Həbs edilənlər arasında İstanbul Universitetinin sabiq müəllimi, hazırda təqaüddə olan professor Uçkun Gəray, Konyada nəşr olunan “Milli çözüm” jurnalının baş redaktoru Əhməd Akgül və jurnalın bəzi yazarları da var.
Qeyd edək ki, prokurorlar tərəfindən hazırlanan ittihamnamədə gizli terror təşkilatı kimi təqdim edilən “Ergenekon”la bağlı cinayət işi çərçivəsində son əməliyyata qədər 86 nəfər məsuliyyətə cəlb olunmuş, onlardan 48-i haqqında həbs-qətimkan tədbiri seçilmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR