Abdulla Gül Serj Sarkisyanın dəvətinə münasibət bildirib

Abdulla Gül Serj Sarkisyanın dəvətinə münasibət bildirib
# 23 iyul 2008 15:37 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, əvvəlcə bələdiyyə binasına gedən A. Gül Qars bələdiyyəsinin sədri Naif Əlibəyoğlu ilə görüşüb. N. Əlibəyoğlu dövlət başçısına şəhərin simvolik qızıl açarını təqdim edib. Mərasimdə iştirak edən Tatul Akopyan adlı erməni jurnalisti ingiliscə A. Güldən Ermənistan prezidenti Serj Sarkisyanın dəvətinə münasibətini soruşub. A. Gül suala ingiliscə belə cavab verib: “Matç dəvətindən xəbərim var. Bizim siyasətimiz çox şəffafdır. Biz sülh, sabitlik və təhlükəsizliyə tərəfdar olan bütün bölgə ölkələri ilə hər zaman qarşılıqlı əməkdaşlıq içində olmuşuq. Əgər onlar da (Ermənistan rəhbərliyini nəzərdə tutur - APA) bölgədə sülh, sabitlik və təhlükəsizliyə əsaslanan siyasətə üstünlük versələr, əməkdaşlıq mümkündür”. A. Gül Qarsda sabah keçiriləcək tədbirin də qeyd etdiyi məqsədlərə xidmət etdiyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR