İstanbulda baş verən terror aksiyası nəticəsində 16 nəfər ölüb, 137 nəfər yaralanıb

İstanbulda baş verən terror aksiyası nəticəsində 16 nəfər ölüb, 137 nəfər yaralanıb
# 28 iyul 2008 07:35 (UTC +04:00)
Bundan 10 dəqiqə sonra ilk partlayışın olduğu yerdən 50 metr aralıda, bank şöbəsinin yaxınlığında ikinci – daha güclü partlayış baş verib. Partlayışlar nəticəsində 16 nəfər ölüb, 137 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib, polis ətrafı mühasirəyə alıb, ərazidə gediş-gəliş dayandırılıb. Olay yerində jurnalistlərə açıqlama verən İstanbul valisi Müəmmər Gülər partlayışların terror aksiyası olduğunu bəyan edib. Şahidlərin sözlərinə görə, nisbətən yüngül olan ilk partlayışdan sonra ətrafdakı insanlar hadisənin baş verdiyi yerə yığışıblar, bu isə ikinci partlayış zamanı daha çox insanın ölümünə və yaralanmasına səbəb olub. Terror aksiyasını son aylarda Türkiyə Silahlı Qüvvələrinin həm ölkə daxilində, həm də İraqın şimalında həyata keçirdiyi əməliyyatlar nəticəsində ağır itkilər verən PKK-nın qisas məqsədilə törətdiyi bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR