AKP millət vəkillərinin Ermənistan-Türkiyə oyununu izləmək üçün İrəvana getməsinə qadağan qoyuldu

AKP millət vəkillərinin Ermənistan-Türkiyə oyununu izləmək üçün İrəvana getməsinə qadağan qoyuldu
# 02 sentyabr 2008 12:16 (UTC +04:00)
İstanbul-APA. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında millət vəkillərinin Ermənistan-Türkiyə oyununu izləmək üçün İrəvana gedib-getməyəcəyi qərarı müzakirə olunub. Qrup toplantısından çıxan yekdil qərara görə, AKP millət vəkilləri bu maçı izləmək üçün İrəvana getməyəcək. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə prezidenti Abdullah Gülü sentyabrın 6-da İrəvanda oynanacaq Ermənistan-Türkiyə futbol oyununu canlı izləməyə dəvət edib. Türkiyə prezidentinin İrəvana getmək qərarı qətiləşməsə də, bu səfərin reallaşacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR