İnternet sorğu: Türkiyənin internet istifadəçilərinin əksəriyyəti Abdullah Gülün Ermənistana getməsinin əleyhinədir

İnternet sorğu: Türkiyənin internet istifadəçilərinin əksəriyyəti Abdullah Gülün Ermənistana getməsinin əleyhinədir
# 03 sentyabr 2008 15:55 (UTC +04:00)
Ankara-APA. Türkiyə prezidenti Abdullah Gülün Ermənistan-Türkiyə futbol görüşünü canlı izləmək üçün İrəvana gedib-getməyəcəyi qərarı hələ tam dəqiqləşməyib. APA-nın məlumatına görə, bu məsələ ilə bağlı ictimaiyyətin fikrini öyrənmək istəyən ən müxtəlif internet saytları virtual məkanda sorğular keçirməyə başlayıblar. Türkiyə saytlarından birində keçirilən son belə sorğuya 10214 respondent qatılıb. Könüllü olaraq sorğuda iştirak edənlərin 56,53 faizi (5,774 nəfər) Türkiyə prezidentinin Ermənistana səfər etməsinin əleyhinə olduğunu bildirib, 4,161 respondent isə (40,74%) bu məsələdə bir problem görmədiyini vurğulayıb. Respondentlərin 2,73 faizi prezidentin səfəri ilə bağlı konkret mövqeyə sahib olmadıqlarını bildiriblər. Başqa saytlarda da keçirilən sorğularda da analoji nəticələr qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR