Türk ordusu komandanlığının tapşırığı ilə Kayseri qarnizonunun rəhbəri “Ergenekon” işinə görə həbs olunmuş generallarla görüşüb

Türk ordusu komandanlığının tapşırığı ilə Kayseri qarnizonunun rəhbəri “Ergenekon” işinə görə həbs olunmuş generallarla görüşüb
# 04 sentyabr 2008 08:17 (UTC +04:00)
İstanbul-APA. Kocaeli qarnizonunun komandanı, general Qalib Mendi Kandıra F tipli həbsxanasında saxlanan “Ergenekonçu” generallar Şənər Əruyğur və Hurşit Tolonla görüşüb. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin hazırda vəzifə başında olan bir generalının terror təşkilatı yaratmaq ittihamı ilə həbs edilən istefada olan generallara baş çəkməsi ölkədə böyük rezonans doğurub. Bu addım müxtəlif media qurumlarında Türkiyə ordusunun yeni rəhbərliyinin həbsdə olan generallara sahib çıxması kimi dəyərləndirilir. Hadisənin geniş rezonans doğurduğunu nəzərə alan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı faktla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, general Qalib Mendi həbsxanadakı generalları öz şəxsi adından yox, ordu adından ziyarət edib: “Türkiyə Silahlı Qüvvələrinə uzun illər xidmət göstərən iki istefada olan generalın ziyarəti ordu komandanlığı adından gerçəkləşdirilib. Dünən olduğu kimi, bu gün də Türkiyə Silahlı Qüvvələrinin məhkəməyə inamı və hörməti bütövdür”. Qalib Mendinin həbsxanaya getməsinə münasibət bildirən baş nazir Ərdoğan da bu hadisəni insanlıq hissindən irəli gələn addım olaraq dəyərləndirib. Həbsdə olan general Hurşit Tolonun xanımı Ayla Tolon isə hadisəni Türk ordusunun öz generalına sahib çıxması kimi qiymətləndirib: “Gec də olsa, ordu uzun illər vətənə xidmət etmiş alnıaçıq övladına sahib çıxdı. Türkiyə Silahlı Qüvvələrində ən yüksək rütbəyə yüksəlmiş, sevilən, hörmət edilən, vətənini çox-çox sevən qəhrəman bir insanın bu vəziyyətə düşməməli idi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR