ABŞ vitse-prezidenti Dik Çeyni Tbilisidən Kiyevə gedib

ABŞ vitse-prezidenti Dik Çeyni Tbilisidən Kiyevə gedib
# 04 sentyabr 2008 16:38 (UTC +04:00)
Kiyev – APA. Gürcüstanda görüşlərini başa vuran ABŞ-ın vitse-prezidenti Dik Çeyni bu gün Tbilisidən Kiyevə gedib. Kiyevə yola düşməzdən əvvəl vitse-prezident Alekseevkadakı hərbi aerodroma baş çəkərək, Amerikadan göndərilmiş humanitar yüklərin çatdırılması ilə tanış olub.

Qeyd edək ki, D. Çeyni Tbilisidə keçirdiyi brifinqdə ABŞ-ın Gürcüstana 30 milyon dollar həcmində humanitar yardım göndərdiyini açıqlayıb. Ümumilikdə isə Corc Buş administrasiyası Tbilisiyə 1 milyard dollar ayırıb. Humanitar yardımlar Gürcüstana ABŞ-ın hərbi təyyarələri və gəmilər vasitəsilə çatdırılır.

Əlavə edək ki, D. Çeyni regiona səfərini Azərbaycandan başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR