Rəcəb Tayyip Ərdoğan: “Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar prosesi bitməlidir”

Rəcəb Tayyip Ərdoğan: “Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar prosesi bitməlidir”
# 04 sentyabr 2008 20:55 (UTC +04:00)
Ərdoğan Azərbaycana bir müddət əvvəl etdiyi səfəri zamanı bu məsələni müzakirə etdiyini, “hər hansı sıxıntı olduğunu” zənn etmədiyini deyib.
Abdulla Gülün səfər heyətinə xarici işlər naziri Əli Babacanı da daxil etdiyini deyən Ərdoğan bunu “Qafqaz İttifaqı” ilə bağlı ilkin danışıqların keçirilməsi üçün nəzərdə tutduğunu bildirib: “Masadan qaçdıqca heç bir şey əldə edə bilmərik. Siz masaya gəlin, başqaları masadan qaçsın. Olayı belə düşünürəm”.

“İdman ayrı, siyasət ayrı” deyən baş nazir Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəsinin mövqeyini bir daha bəyan edib: “Əgər bütün məsələ Dağlıq Qarabağ problemi ilə bağlıdırsa, bu məsələdə biz ATƏT-in Minsk qrupunun apardığı danışıqların ədalətli nəticələr əldə edərək, problemi çözməsinin tərəfdarıyıq. Həmçinin Ermənistanın BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qətnamələrinə əməl etməsi lazımdır. Minsk qrupunu həmsədri olan Rusiya, ABŞ və Fransa 16-17 ildir ki, davam edən bu danışıqlar prosesini artıq bitirməlidir. Bu problemin həlli yolu tapılmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR