Türkiyə prezidenti Abdullah Gül Ermənistana səfərinin məqsədini açıqladı

Türkiyə prezidenti Abdullah Gül Ermənistana səfərinin məqsədini açıqladı
# 06 sentyabr 2008 12:30 (UTC +04:00)
APA-nın məlumatına görə, Abdullah Gül bu səfərin iki ölkənin münasibətlərinin normallaşması baxımından böyük fürsətlər yaratdığını bildirib: “Türkiyə ilə Ermənistan arasında bu gün keçiriləcək futbol görüşünün eyni tarixi bölüşən iki xalqın bir-birinə yaxınlaşması önündə əngəlləri aradan qaldırmasına səbəb olacağını, bölgədə dostluq və sülhün bərqərar olmasına təsir göstərəcəyini düşünürəm. Bu səfər çox önəmli fürsətlər açır, Ümid edirəm ki, bu səfər ikitərəfli münasibətlər məsələsində iki xalqı bir-birinə daha da yaxınlaşdıracaq. Ermənistan prezidenti ilə görüşümdə Qafqaz regionunda yaranmış böhranlı vəziyyətlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparacağam”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR