Ermənistan-Türkiyə oyunu: ikinci yarı 0:2

Ermənistan-Türkiyə oyunu: ikinci yarı 0:2
# 06 sentyabr 2008 19:41 (UTC +04:00)
Bakı-APA. Türkiyə və Ermənistan milli futbol komandaları arasında keçirlən futbol oyununun ilk yarısı 0:0 hesabı ilə bitib. İkinci yarının başlamasından 14 sonra isə Türkiyə hesabda 1:0 hesabı ilə irəli çıxb.

Oyunun 76-cı dəqiqəsində Semih Şəntürk ermənilərin qapısından daha bir top keçirib və hesab 2:0 Türkiyənin xeyrinə olub.

Oyun bu hesabla da başa çatıb.

APA-nın xəbərinə görə, futbol matçını İrəvanın “Razdan” stadionunda Türkiyə prezidenti Abdullah Gül və Ermənistan prezidenti Serj Sarkisyan da izləyirlər. Bu oyunu izləmək üçün böyük mübahisələrdən sonra Türkiyə tarixində ilk dəfə ölkə başçısı Ermənistana səfər edib.

Stadiona daxil olanlar xüsusi yoxlanışdan keçiblər. Abdullah Gülü İrəvanda qarşılayan etirazçıların stadionda da aksiya keçirməmələri üçün əllərində şüar olan izləyicilər tribünlərə buraxılmayıblar.

Qeyd edək ki, A. Gülün Ermənistana səfəri ilə bağlı xüsusi təhlükəsizlik tədbirləri görülüb. O, İrəvanda Türkiyədən gətirilmiş zirehli maşınla hərəkət edib. Həmçinin Gül futbolu da güllə keçirməyən şüşənin arxasından, əynində dəmir gödəkçə ilə izləyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR